Şahzadə Şarlotta babası, Böyük Britaniyanın yeni kralı III Çarlzdan xüsusi titul ala bilər.
Məlumata görə, Kral III Çarlz şahzadə Edvardı Edinburq hersoqu təyin etməyib, çünki o, bu titula şahzadə Şarlottanın yiyələnməsini istəyir.
“Müzakirələr gedir, lakin kral üçün bu titulun Şahzadə Şarlottaya verilməsi daha yaxşıdır. Bu, əlbəttə ki, vaxtilə Edinburq hersoginyası titulunu daşıyan mərhum Kraliçanın xatirəsinə və varislik xəttinə hörmət etmək üçün əla bir seçim olardı”, – deyə Kralın yaxın ətrafından jurnalistlərə bildirilib.
Qeyd edək ki, Uels şahzadələri Uilyam və Keytin ikinci övladı olan Şarlotta atası və böyük qardaşı Corcdan sonra taxtda üçüncüdür.
Mənbə: gazeta.ru
www.102info.az