Niderlandda uzunmüddətli quraqlığın qarşısını almaq üçün ölkədə içməli su istehlakı ən azı 20% azaldılmalıdır.
Bunu krallığın su təsərrüfatı naziri Mark Harbers bildirib.
Ötən ilin yayında Niderlandda şiddətli quraqlıq olub. İndi Nazirlər Kabineti gələcəkdə baş verə biləcək belə halların qarşısını almaq istəyir.
İçməli su istehlakına 20% məhdudiyyət qoyulması ilə yanaşı, Harbers suyun keyfiyyətini təmin etmək üçün soyutma məqsədilə istifadə olunan mayenin miqdarını azaltmağı da təklif edib.
O, əlavə edib ki, bütün bunlara səbəb iqlim dəyişikliyidir.
Mənbə: rossaprimavera.ru
www.102info.az