Bu gün Avropanın yeddi ölkəsinin – Estoniya, Finlandiya, İslandiya, Latviya, Litva, Norveç və İsveçin xarici işlər nazirləri Kiyevə gediblər.
Oxu.Az-ın məlumatına görə, bu barədə Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs öz “Twitter” səhifəsində yazıb.
“Şimali Baltikyanı ölkələrin xarici işlər nazirləri Kiyevə səfər edir və Ukraynanın yüksək səviyyəli rəsmiləri ilə görüşürlər. Bu, Rusiya təcavüzü başlayandan bəri Ukraynaya səfər etmiş ən böyük nazirlər qrupudur. Əsas məsələ – Ukraynanı bundan sonra necə dəstəkləməli”, – deyə Rinkeviçs bildirib.
Ziemeļu Baltijas valstu ārlietu ministri apmeklē Kijivu un tiekas ar Ukrainas augstākajām amatpersonām, tā ir lielākā ministru grupa, kas kopš Krievijas agresijas sākuma apmeklē Ukrainu. Galvenais jautājums, kā vēl vairāk atbalstīt Ukrainu 🇱🇻🇪🇪🇱🇹 🇫🇮 🇮🇸 🇳🇴 🇸🇪 🤝 🇺🇦
📷M.Mikulenas pic.twitter.com/BOeby9VXeN— Edgars Rinkēvičs (@edgarsrinkevics) November 28, 2022
O, həmkarları ilə fotosunu da paylaşıb.
Finlandiyanın xarici işlər naziri Pekka Haavisto öz “Twitter” səhifəsində Kiyevin mərkəzindəki Mixaylovskaya meydanında Ukrayna Silahlı Qüvvələri tərəfindən məhv edilən Rusiya qoşunlarının hərbi texnikasının fotosunu dərc edib.
“Müstəqilliklərini müdafiə edən ukraynalıların cəsarətinə və qətiyyətinə ancaq heyran olmaq olar. Biz Ukraynaya nə qədər lazımdırsa, dəstəkləməyə davam edəcəyik. Rusiya işğalçı müharibəsini dayandırmalı və getməlidir”, – deyə o vurğulayıb.
Sodan lohduttomuus on Kiovassa läsnä. Kuningas Talvi on tullut kaupunkiin. On vain ihailtava ukrainalaisten rohkeutta ja päättäväisyyttä kun maa puolustaa itsenäisyyttään. Jatkamme Ukrainan tukemista niin kauan kuin tarpeen. Venäjän on lopetettava hyökkäyssotansa ja vetäydyttävä. pic.twitter.com/lGwyHK7vAR
— Pekka Haavisto (@Haavisto) November 28, 2022
www.102info.az