Fransada yerləşən təşkilatdan Konqo prezidentinə qarşı sui-qəsd İDDİASI

Dünya

Bu ay Konqo Demokratik Respublikasının (KDR) prezidenti Feliks Çisekedinin sianidlə zəhərlənməsinə cəhd edilib.

Hadisə bir müddət öncə baş versə də, bu barədə yalnız indi məlumat yayılıb.

Prezidentə ünvanlanmış məktub poçt vasitəsilə noyabrın 12-də dövlət başçısının Kinşasa şəhərindəki ofisinə çatdırılıb. Zərfdə olan dəliklər mühafizə xidmətinin şübhəsinə səbəb olub. Məktub ekspertizaya təqdim edilib və orada sianid birləşmələrindən birinin – güclü zəhərin izləri aşkar edilib. Zərfdə bir səhifə mətn və bir qəzet olub.

Konqo kəşfiyyat orqanları məktubun Fransada yerləşən beynəlxalq təşkilat tərəfindən göndərildiyini müəyyən edib.

Onun sözlərinə görə, Fransanın Konqodakı səfiri məsələ ilə bağlı danışıqlar aparmaq üçün Konqo Xarici İşlər Nazirliyinə çağırılıb.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir