“Nintendo” cizgi filmləri çəkəcək

Dünya

Məşhur videooyunların yaradıcısı “Nintendo” cizgi filmlərinin istehsalına start verəcək.

Belə ki, yeni animasiya istehsalı bölməsi üçün işçilərin qəbulu barədə elan noyabrın 28-də şirkətin “Twitter” səhifəsində dərc olunub.

Elana görə, şirkət hazırda “Nintendo”nun əsas əqli mülkiyyətinə əsaslanan müxtəlif yeni animasiya layihələri üçün işə qəbul prosesindədir. Yeni işə götürülənlər “Nintendo Pictures”də çalışacaqlar.

Məşhur yapon oyun şirkətinin hansı franşizalarının cizgi versiyasını alacağı hələlik məlum deyil.

Qeyd edək ki, “Nintendo”nun ilk əqli mülkiyyət layihəsi “Super Mario Bros. Movie” ABŞ animasiya studiyası “Illumination” tərəfindən istehsal olunur və 2023-cü ilin aprelində bütün dünyada nümayiş etdiriləcək.

Mənbə: rossaprimavera.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir