Amerikalı sahibkar İlon Mask sosial şəbəkədə islahatlar aparmağı planlaşdırır və bunu sivilizasiyanın gələcəyi uğrunda döyüş adlandırıb.
Bu barədə o, özünün “Twitter” hesabında xəbər verib.
“Bu, sivilizasiyanın gələcəyi uğrunda döyüşdür. Söz azadlığı hətta Amerikada da itirilirsə, qarşıda bizi yalnız istibdad gözləyir”, – deyə milyarder bildirib.
This is a battle for the future of civilization. If free speech is lost even in America, tyranny is all that lies ahead.
— Elon Musk (@elonmusk) November 29, 2022
Xatırladaq ki, bundan əvvəl o, ABŞ-də onlayn senzuraya qarşı inqilabın başlandığını elan etmiş və söz azadlığının boğulması ilə bağlı məlumatları üzə çıxaracaq sənədləri tezliklə dərc edəcəyinə söz vermişdi.
www.102info.az