Ukraynada müharibə davam edir.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, Donbas istiqamətində ağır döyüşlər gedir. Dnepropetrovsk ötən gecə yenidən silsilə raket atəşlərinə məruz qalıb.
Məlumata görə, Baxmut şəhəri istiqamətində də vəziyyət gərgindir. Rusiya tərəfi bildirir ki, Baxmutun ətrafındakı bir neçə kənd ələ keçirilib, şəhər mühasirəyə alınıb.
O da bildirilib ki, Kiyevlə yanaşı, digər vilayətlərdə də kommunal xidmətlərlə bağlı problemlər davam edir.
www.102info.az