Permdə (Rusiya) şəhərin ən böyük istilik elektrik stansiyasında (İES-9) güclü yanğın baş verib.
Bu barədə RF Fövqəladə Hallar Nazirliyindən xəbər verilib.
Bildirilir ki, İES-də qazanxana və turbin sexinin dam örtüyü yanır.
Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb.
Məlumata görə, hadisə nəticəsində azı üç nəfər yaralanıb. Onlardan ikisi yanıq şöbəsinə yerləşdirilib, biri kliniki ölüm vəziyyətindədir.
Müəssisədən 500-dən çox insan təxliyə edilib.
Yanğının səbəbi hələ məlum deyil.
Xatırladaq ki, bu gün Rusiyanın Bryansk vilayətinin Suraj rayonunda ehtiyat neft məhsulları olan 1,8 min kvadratmetr sahədə yanğın baş verib.
Mənbə: “Mash” “Telegram” kanalı
www.102info.az