Türkiyənin məşhur pianoçusu və bəstəkar Fazıl Say boşanıb.
Bu barədə o “Facebook” hesabında yazıb.
“Çox qəmginəm, həyat yoldaşım Ece ilə evliliyimizi bu gün sona çatdırdıq. Beykoz Məhkəmə binasına əl-ələ girib, əl-ələ çıxdıq”, – deyə 52 yaşlı sənətçi qeyd edib.
O bildirib ki, yeddi illik münasibəti gözəl şəkildə xatırlayacaq.
Qeyd edək ki, Fazıl Say 46 yaşlı Ece Dağıstanla 2019-cu ildə ailə qurub.
www.102info.az