Rusiya prezident administrasiyasının bütün kişi işçilərinə xaricə ezamiyyətə çıxmaq müvəqqəti olaraq qadağan edilib.
Məlumata görə, qadağa “səfərbərlik haqqında xüsusi sərəncam” dərc olunana qədər qüvvədə olacaq.
Hazırda prezident administrasiyasından yalnız qadınların xaricə ezamiyyətinə icazə verilir. Əvvəllər sadəcə arzuolunmaz olan xarici məzuniyyətlər isə indi qadağan edilib.
Bildirilir ki, bu, “profilaktik tədbir” ola bilər. Belə ki, təsdiqlənməmiş məlumatlara görə, MDB ölkələrindən birində ezamiyyətdə olarkən PA idarələrdən birinin əməkdaşı “qaçıb”.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov prezident administrasiyasının əməkdaşlarının xaricə ezamiyyətə və məzuniyyətə getməsinə müvəqqəti qadağa qoyulması barədə məlumatı təkzib edib.
Mənbə: Baza
www.102info.az