Almaniyanın “Der Spiegel” nəşri ukraynalılar üçün heç də xoş olmayan məlumat paylaşıb.
Belə ki, qəzet Rusiyanın Saratov yaxınlığındakı “Engels-2” aerodromundan çəkilmiş yeni peyk görüntülərini yayıb.
Fotolarda təxminən iyirmiyə yaxın “Tu-95” və “Tu-160” uzaqmənzilli bombardmançı təyyarələri görmək olar.
Nəşr iddia edir ki, Rusiya Ukrayna ərazisinə növbəti və daha intensiv hava hücumlarını təşkil etməyə hazırlaşır və məqsəd Ukraynanın enerji infrastrukturunu tamamilə sıradan çıxarmaq, Ukraynanı zülmətə qərq etməkdir.
Peykdən çəkilən fotolarda həmçinin tankerlər, sursat qutuları, nəqliyyat vasitələri və təmir materialları görünür.
Məlumat üçün əlavə edək ki, ötən həftə Kiyev meri Vitali Kliçko özünün “Telegram” kanalında Kiyevin 70 faizinin işıqsız qaldığını açıqlamışdı.
Mənbə: UNIAN
www.102info.az