Futbolçu Kriştianu Ronaldu və tennisçi Rafael Nadal birlikdə Qətərdə restorana sərmayə qoyublar.
Ronaldu və Nadal Dohanın prestijli Əl-Maha rayonunda yerləşən restorana sərmayə qoymaq üçün “Tatel Group” şirkəti ilə birləşiblər.
Portuqaliya millisinin hücumçusu və 22 dəfə “Böyük Dəbilqə” turnirinin qalibi birlikdə şirkətə külli miqdarda sərmayə yatırıblar.
“Tatel Group” İspaniya, ABŞ və Səudiyyə Ərəbistanında bir neçə restorana malikdir. Şirkətə həmçinin digər idmançılar da sərmayə yatırıblar ki, onlar arasında basketbolçular Pau Qazol və Rudi Fernandea, həmçinin müğənni Enrike İqlesias da var.
Mənbə: “Mundo Deportivo”
www.102info.az