İndoneziyada yaşayış olmayan 100 adadan ibarət arxipelaq hərraca çıxarılır. Xəbər ətraf mühit fəallarının narahatlığına səbəb olub.
“Mərcan üçbucağı”nda yerləşən Vidi Qoruğu (“The Widi Reserve”) arxipelaqının satışı üzrə tender dekabrın 8-dən 14-dək Nyu-Yorkda keçiriləcək.
Bali hava limanından 2,5 saatlıq uçuş məsafəsində yerləşən arxipelaqdakı adaların ümumi sahəsi təqribən 10 hektara yaxın hesab edilir.
İndoneziya qanunlarına görə, əcnəbilərin ölkədə ada almalarına icazə verilmir, lakin gələcək sahib yerli holdinqdə pay ala bilər. Hərraca qatılacaq şəxslərdən niyyətlərinin ciddiliyini sübut etmək üçün 100 min dollar depozit tələb edilir.
Ətraf mühitin müdafiəçiləri dəniz mühafizəsi zonasında yerləşən Vidi Qoruğunun satışı ilə bağlı xəbərdən narahatlıqlarını bilıdiriblər. Onların sözlərinə görə, adalarda binaların tikintisi biomüxtəlifliklə zəngin olan ekosistemlər (700-dən çox növ mərcan növləri, xeyli sayda sualtı bitki və heyvanların yaşadığı tropik və manqra meşələri, mərcan qayaları) üçün təhlükə yaradacaq.
“Bu adaların turizm fəaliyyəti üçün istifadə olunmayacağına necə zəmanət vermək olar? Adalar şəxsi mülkiyyətə çevrildikdən sonra yerli sakinlərin girişi necə olacaq?” – deyə yerli ekoloq İvan Sofiavan bildirib.
Mənbə: Lenta.ru
www.102info.az