Yaponiyanın cənub-qərbindəki Kyuşu adasında Sakuradzima vulkanı püskürüb.
Bu barədə Milli Meteorologiya İdarəsi məlumat verib.
Qeyd olunub ki, kraterdən çıxan tüstü təxminən 3200 m hündürlüyə qalxıb, püskürmə nəticəsində yaranan kül isə 1 km radiusa səpələnib.
Sakuradzimaya bitişik kəndlərdə hələki evakuasiya elan edilməyib.
Vulkan ərazisində beş ballıq şkala üzrə üçüncü dərəcəli təhlükə səviyyəsi mövcuddur.
Mənbə: TASS
www.102info.az