Pakistanın Hayber Paxtunxva əyalətində ekstremistlərin polis furqonuna silahlı hücumu nəticəsində azı üç hüquq-mühafizə orqanı əməkdaşı həlak olub.
Bu barədə polisin məlumatında bildirilib.
Məlumata görə, əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin başvermə şəraitini araşdırır.
Hücuma görə məsuliyyəti “Təhrik-e-Taliban Pakistan” (Pakistan Taliban Hərəkatı) öz üzərinə götürüb.
www.102info.az