Braziliyada keçirilən “Comic Con Experience-2022” festivalında “Con Uik-4” (“John Wick: Chapter 4”) filminin ilk posterinin təqdimat mərasimində Hollivud ulduzu Kianu Rivz yenə təvazökarlığı ilə gündəm olub. Belə ki, pərəstişkarlarının sürəkli alqışlarından təsirlənən aktyor onların qarşısında diz çöküb.
Tamaşaçılar buna daha yüksək qışqırıqlarla reaksiya veriblər.
Təqdimat zamanı filmdə Kianunun sərt üzünü əks etdirən poster təqdim olunub. Aktyor çoxdan gözlənilən franşiza barədə başqa təfərrüat açıqlamayıb.
“Con Uik 4”ün premyerası 24 mart 2023-cü ildə baş tutacaq.
Win or lose. It’s his way out. ‘❤️’ this tweet for reminders about John Wick: Chapter 4 – only in theaters & IMAX March 24. pic.twitter.com/QtZwtQxbMb
— John Wick: Chapter 4 (@JohnWickMovie) November 10, 2022
Qeyd edək ki, Hollivud ulduzu hər zaman sadəliyi ilə seçilib. Məsələn, elə bu ilin avqust ayında o, Nortemptonşirdə (İngiltərə) tanımadığı cütlüyün toy mərasiminə qatılaraq, bəylə gəlinə xoş sürpriz etmişdi.



Mənbə: Çempionat
www.102info.az