Finlandiya hökuməti NATO-ya üzvlüklə bağlı qanun layihəsini parlamentə təqdim edib.
Bu barədə ölkənin xarici işlər naziri Pekka Haavisto bildirib.
Bir gün əvvəl Haavisto ölkənin NATO-ya üzv olmaq istəyinin səbəbini açıqlayıb. Finlandiyanı NATO-ya üzvlük üçün müraciət etməyə vadar edən əsas amil Moskvanın nüvə silahı ilə bağlı iddiaları olub.
Finlandiya və İsveç mayın 18-də NATO-ya üzvlük üçün müraciət ediblər. İyun ayının sonunda blokun üzvləri ölkələri Şimali Atlantika Alyansına qoşulmağa rəsmi dəvət ediblər və üzvlük protokollarını imzalamaq barədə razılığa gəliblər.
Mənbə: İzvestiya
www.102info.az