Latviyada “Dojd” telekanalının lisenziyası ləğv edilib

Dünya

Latviyanın Elektron Media üzrə Milli Şurası (NSESMI) “Dojd” telekanalının yayım lisenziyasını ləğv etmək barədə qərar qəbul edib.

Bildirilir ki, qərar “milli təhlükəsizlik və ictimai asayişin maraqları naminə” verilib.

“Pozuntuların məcmusunu qiymətləndirən NSESMİ əmindir ki, “Dojd” rəhbərliyi pozuntuların əhəmiyyətini və ciddiliyini anlamır, bilmir, buna görə də Latviya ərazisində fəaliyyət göstərə bilməz”, – deyə şuranın rəhbəri İvars Abolinş bildirib.

Kanalın ölkə ərazisində yayımının dekabrın 8-nə keçən gecə dayandırılması planlaşdırılıb.

Mənbə: Kommersant

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir