Britaniyada “Strep A” virusu təşvişi: Ölü sayı artdı

Dünya

Böyük Britaniyada “Strep A” infeksiyasına yoluxma halları artıb.

İbtidai sinif şagirdinin də yoluxmasından sonra ölənlərin sayı səkkizə çatıb.

Səhiyyə rəsmiləri ailələrə ehtiyatlı olmaları ilə bağlı xəbərdarlıq edib, həkimlərə ən kiçik şübhə zamanı antibiotik müalicəsinə başlamaq tapşırılıb.

Virusdan həyatını itirən uşaqların altısı 10 yaşdan aşağı, biri isə 12 yaşındadır. Xəstəliyin sonuncu qurbanının yaşı məlum deyil.

Yeni qərara görə, uşaqlarda “Strep A” infeksiyasına ən kiçik bir şübhə olduqda belə, antibiotik müalicəsinə başlanacaq.

Həkimlərə göndərilən bu təlimat ölkədə xəstəliyin müalicəsində istifadə edilən üç dərmanın tükənmək üzrə olduğu barədə müzakirələrin getdiyi vaxtda gəlib.

Bir çox insan bu infeksiya ilə ağır xəstələnməsə də, yüksək yoluxucu bakteriyalar ciddi xəstəliklərə və ağırlaşmalara səbəb ola bilər. Xəstəliyin ilk qurbanlarından olan yeddi yaşlı Hannanın ailəsi iddia edir ki, əgər qızlarına vaxtında antibiotik verilsəydi, onlar belə faciəvi nəticə ilə üzləşməzdilər.

“Strep A” bəzi insanlarda heç bir əlamət yaratmasa da, daha çox səpgi, boğaz ağrısı, əzələ ağrıları, yüksək hərarət, yorğunluq, qulaq infeksiyaları və dəri yaraları kimi əlamətlərlə özünü göstərir. Mütəxəssislər bu simptomların orta hesabla bir həftə davam etdiyini bildirirlər.

İnsanlar bu bakteriyaya yaxın təmas, öskürək və asqırma yolu ilə yoluxa bilərlər.

Mənbə: Hürriyet

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir