Erməni deputat: “Sülh sazişi layihəsi ilə bağlı təkliflərin üçüncü mərhələsi müzakirə olunur”

Dünya

“Ermənistan Azərbaycandan sülh sazişi layihəsi ilə bağlı təkliflər alıb”.

Bu sözləri  Ermənistan parlamentinin xarici əlaqələr komitəsinin sədri Eduard Ağacanyan deyib.

“Bəli, həqiqətən Ermənistan tərəfi Azərbaycanın təkliflərini alıb. Bu, mahiyyətcə Ermənistanın təkliflərinə cavabdır. Deyə bilərik ki, təkliflərin üçüncü mərhələsi müzakirə olunur”, – deyə o bildirib.

Erməni deputat ilin sonuna qədər Azərbaycan və Ermənistan liderlərinin və ya xarici işlər nazirlərinin görüşünün istisna edilmədiyini də vurğulayıb.

Mənbə: Sputnik Ermənistan

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir