İranda beş etirazçıya ölüm hökmü verilib

Dünya

İranda məhkəmə beş etirazçıya ölüm hökmü çıxarıb.

İstintaq məlumatına görə, Kərəc şəhərindəki qarşıdurmalar zamanı “əxlaq polisi”nin qətlə yetirilməsi ilə bağlı cinayət iş üzrə 16 nəfər təqsirləndirilib. Beş nəfər barəsində ölüm hökmü çıxarılıb. Daha 11 nəfər, o cümlədən üç yetkinlik yaşına çatmayan şəxs 25 ilədək müddətə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, hüquq müdafiəçilərinin məlumatına görə, İranda baş verən qarşıdurmalarda azı 320 nəfər ölüb.

İran Prezidenti İbrahim Rəisi ölkədə davam edən etirazlar fonunda 1979-cu ildə qəbul edilmiş konstitusiyanın bəzi maddələrinə dəyişiklik edilməsinə icazə verib.

Mənbə: IRNA

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir