“Urmiya gölü gələn il tam quruyacaq” – bu sözləri bir müddət əvvəl Urmiya Universitetinin professoru Nasir Ağ mətbuata açıqlamasında deyib.
“Azad İran” “Youtube” kanalı mövzu ilə bağlı süjet hazırlayıb.
Mütəxəssisin bildirdiyinə görə, artıq gölün tam şəkildə bərpası heç vaxt mümkün olmayacaq və ən yaxşı halda onun kiçik bir hissəsi xilas edilə bilər.
Başqa bir İranlı mütəxəssis Şahin Rəcayi isə regionun kənd təsərrüfatında su məsrəfini 40% azaltmaqla Urmiya gölünü xilas etməyin mümkünlüyünü vurğulayıb, bu da əslində mövcud şəraitdə baş tutması real olmayan bir məsələdir.
Fakt budur ki, artıq Urmiya gölünün 95%-i quruyub və son aylar İran mətbuatında “Urmiya gölü son nəfəsdə” , “Urmiya gölü ölümün bir addımlığında” başlıqları ilə məqalələr, foto və video reportajlar dərc olunur.
Daha ətraflı süjetdə:
www.102info.az