ABŞ-da kilsə rəhbəri övladlığa götürdüyü qızı işgəncə ilə öldürüb – FOTO

Dünya

Kaliforniyada protestant kilsəsinin lideri olan 49 yaşlı Letisiya Makkormak üç qızına işgəncə verməkdə və onlardan birinin ölümünə səbəb olmaqda ittiham edilir.

Məhkəmə protokollarına görə, müttəhim valideynləri ilə birlikdə qızlara qarşı fiziki zorakılıq tətbiq edib. Belə ki, Makkormak uşaqları çubuqlarla döyüb.

Məlum olub ki, Letisiya və onun qohumları uşaqların yeməyinə məhdudiyyətlər qoyub və azyaşlıları tualetə buraxmayıblar.

Bunun nəticəsi olaraq qızlardan biri dünyasını dəyişib. Oun bədənində 15 sınıq aşkar olunub. Uşağın çəkisi 22 kq təşkil edib.

Hadisədə Makkomarkın əri də iştirak edib. Lakin istintaq başlayanda həmin şəxs özünü güllələyib. Digər üç qohum uşaq istismarında, qadın və onun atası isə qətldə ittiham olunublar.

Mənbə: gazeta.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir