ABŞ Konqresinin hər iki palatasının senatorları və nümayəndələrinin daxil olduğu konfrans komitəsi 857 milyard dollarlıq müdafiə büdcəsini ehtiva edən NDAA qanun layihəsini yekunlaşdırıblar.
Qanun layihəsinin son variantında Türkiyəyə “F-16” satışlarını məhdudlaşdıran şərtlərlə bağlı heç bir bənd olmayıb.
Konfrans komitəsində müvafiq maddələrin qaldırılması ilə ABŞ Konqresinin qanun səbəbilə Türkiyənin “F-16” alışına bəzi məhdudiyyətlər qoymaq üstünlüyü ABŞ Konqresinin əlindən alınıb.
Türkiyə ABŞ-dən 40 yeni “F-16 Block 70” döyüş təyyarəsi və inventarında olan 80 təyyarə üçün modernizasiya dəsti istəyir.
Mənbə: TRT Haber
www.102info.az