Səkkiz hərbçi yoldaşını qətlə yetirən Şamsutdinov Ukraynadakı müharibədə iştirak etmək istəyir

Dünya

2019-cu ildə Rusiyada xidmət etdiyi hərbi hissədə ikisi zabit olmaqla səkkiz nəfər silahdaşını güllələyən Ramil Şamsutdinov Ukraynadakı hərbi əməliyyatlarda iştirak etmək üçün “Vaqner” muzdlu hərbi dəstəsinə müraciət edib.

Qeyd olunur ki, Ramil Şamsutdinov yazılı müraciətini cəza çəkdiyi həbsxanaya gələn “vaqner”çilərə təqdim edib.

R.Şamsutdinovun adı hətta siyahıya daxil edilib. Lakin ikinci dəfə məhbusları müharibəyə aparmaq üçün həbsxanaya yollanan “vaqner”çilər R.Şamsutdinovu özləri ilə aparmayıblar. 

Onlar bunu könüllü olaraq orduda xidmət üçün müraciət edən məhbusların sayının çoxluğu ilə əlaqələndiriblər.

Xatırladaq ki, Rusiyada əsgər yoldaşlarını güllələməkdə təqsirli bilinən hərbçi Ramil Şamsutdinov 24 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Mənbə: Baza

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir