Azərbaycan KOB-ları məhsullarını Ciddədə keçirilən sərgidə təqdim edib – FOTO

Dünya

Dəstək Proqramı çərçivəsində Azərbaycan KOB-ları məhsullarını və xidmətlərini Səudiyyə Ərəbistanında keçirilən sərgidə təqdim ediblər.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov özünün “Twitter” səhifəsində yazıb.

“Azərbaycan KOB-ları məhsullarını və xidmətlərini Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən Beynəlxalq Kənd Təsərrüfatı və Qida Sərgisində təqdim edib”, – O. Məmmədov bildirib.

O qeyd edib ki, yerli KOB-ların beynəlxalq satış bazarlarına çıxışına dəstək davam etdirilir.

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir