İndoneziyanın Qərbi Yava əyalətinin Bandunq şəhərində səhər saatlarında üzərində partlayıcı maddə olan şəxs polis idarəsinin həyətinə daxil olaraq özünü partladıb.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, insident nəticəsində bir polis əməkdaşı ölüb, yeddisi müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hazırda xüsusi istintaq komitəsinin əməkdaşları əraziyə baxış keçirirlər.
Hadisənin terror hücumu olub-olmadığı araşdırılır.
Mənbə: İHA
www.102info.az