Ukrayna hökuməti əhalini təcili sığınacaqlara getməyə çağırıb – VİDEO

Dünya

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, Ukrayna hökuməti ötən gün Kiyevdə əhaliyə təcili sığınacaqlara getməklə bağlı xəbərdarlıq edib. Lakin xoşbəxtlikdən, heç bir partlayış səsi eşidilməyib.

Məlumata görə, son genişmiqyaslı raket zərbələrindən sonra Ukraynada hava hücumundan müdafiə sistemi bir qədər də təkmilləşdirilib. Nəticədə hava həyəcanı siqnallarından sonra partlayış səslərinin daha az eşidildiyi müşahidə olunur.

O da bildirilib ki, kommunal xidmətlərlə bağlı problemlərin aradan qaldırılması prosesi sürətlənib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir