“Dojd” telekanalının daha bir ölkədə yayımı qadağan edildi

Dünya

Latviyanın “Dojd”u yayım lisenziyasından məhrum etmək qərarından sonra Litva tənzimləyicisi də telekanalın respublikada yayımını qadağan etmək qərarına gəlib.

Bu barədə ölkədə televiziya şirkətləri və radiostansiyalarının fəaliyyətini tənzimləyən Radio və Televiziya Komissiyasının nümayəndəsi Birute Kerşene bildirib.

Onun sözlərinə görə, telekanalın ölkə ərazisində yayımı dekabrın 8-dən dayandırılacaq.

Xatırladaq ki, bir gün öncə Latviyanın Elektron Media üzrə Milli Şurası (NSESMI) “Dojd” telekanalının yayım lisenziyasını ləğv etmək barədə qərar qəbul edib. Qərarın “milli təhlükəsizlik və ictimai asayişin maraqları naminə” verildiyi vurğulanıb.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir