AK Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketini təqdim edib

Dünya

Avropa Komissiyası Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketini təqdim edib. Bu paket çərçivəsində daha 200 nəfər, üç bank, dörd telekanal, hərbi sənaye kompleksi şirkətləri qara siyahıya salınacaq.

Avropa Komissiyasının sədri Ursula von der Lyayen çərşənbə günü videomüraciətində bildirib ki, paketə ikili istifadəli dronların və onların komponentlərinin tədarükünə ixrac məhdudiyyətləri də daxildir.

Onun sözlərinə görə, bu sanksiyalar hələ gələn həftə Aİ Şurası tərəfindən təsdiqlənməlidir.

Həmçinin, komissiya sədri bildirib ki, Avropa Komissiyası doqquzuncu sanksiyalar paketi çərçivəsində Ümumrusiya Regional İnkişaf Bankının bütün əməliyyatlarının bloklanmasını təklif edib.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir