Şahmat üzrə dünya çempionu Anatoli Karpov xəstəxanaya düşməsindən danışıb. O, hücuma məruz qaldığını ehtimal edib.
“Mən bunu ətraflı müzakirə etməyə hazır deyiləm, amma düşünürəm ki, bu, hücum idi. Vurublar? Belə görünür. Çox güman ki, arxadan. Bunlar araşdırılmalıdır. Kimsə təcili yardım çağırdı. Təəssüf ki, bu hal ağciyərlərimin vəziyyətinə də təsir edib”, – deyə Karpov bildirib.
Xatırladaq ki, 71 yaşlı şahmatçı oktyabrın 29-da RF Dövlət Dumasının binası yaxınlığında huşsuz vəziyyətdə tapılıb. Xəstəxanaya gətirilərkən alkoqolun güclü təsiri altında olan qrosmeysterə qapalı kəllə-beyin travması, sol bud sümüyünün sınığı diaqnozu qoyulub (sonradan Karpovun qızı aldığı xəsarətlərin məişət xarakterli olduğunu açıqlayıb). Travmaları ağır olduğundan Karpov süni koma vəziyyətinə salınmışdı. Bir müddət sonra komadan ayılan şahmatçı vəziyyəti yenidən ağırlaşdığından süni tənəffüs aparatına qoşulmuşdu.
Mənbə: Gazeta.ru
www.102info.az