Avropa İttifaqı (Aİ) ölkələri yeni anti-Rusiya sanksiyaları çərçivəsində bir sıra televiziya kanallarının lisenziyalarını dayandırmaq niyyətindədir.
Xüsusilə, söhbət “NTV Mir”, REN TV, “Rossiya 1” və “Birinci Kanal” gedir. Məlumata görə, sanksiyaya məruz qalan yeni təşkilatların siyahısını əks etdirən ayrıca sənəddə məhz bu telekanalların adları da var.
Həmçinin bildirilir ki, “qara siyahı”ya Rusiyanın aviasiya və kosmik sektorları üçün məhsullar, o cümlədən təyyarə mühərrikləri, ehtiyat hissələri, noutbuklar, kameralar və linzalar daxil ola bilər.
Mənbə: TASS
www.102info.az