Finlandiya Türkiyəyə silah satacaq

Dünya

Finlandiya gələcəkdə Türkiyəyə silah ixracına icazə verən bir neçə lisenziya imzalayacaq.

Bu barədə cümə axşamı Finlandiyanın müdafiə naziri Antti Kaykkönen Ankarada türkiyəli həmkarı Hulusi Akarla görüşündən sonra mətbuat konfransında bildirib.

“Biz gələcəkdə silah ixracı üçün bir neçə lisenziya hazırlayacağıq, bu sahədə dialoq davam edir. Hazırda Finlandiyada Türkiyəyə silah tədarükünə dair qəti qadağa yoxdur”, – nazir bəyan edib.

Görüş zamanı nazirlər Finlandiya və İsveçin NATO-ya üzvlüyü perspektivlərini və müvafiq sənədin Türkiyə hakimiyyəti tərəfindən ratifikasiya olunması üçün Helsinki və Stokholmun yerinə yetirməli olduğu şərtləri müzakirə ediblər. Türkiyənin sənədin ratifikasiyası üçün hələ konkret bir tarix təyin etmədiyini deyən Kaykkönen “finlilərin səbirli olması lazım olduğunu” qeyd edib.

Mənbə: Haber Global

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir