Ukrayna XİN rəhbəri: “Makronun mövqeyi iyrəncdir” – FOTO

Dünya

Rusiyalı və belaruslu idmançıların 2024-cü il Olimpiadasına buraxılmasını zəruri hesab edən Fransa prezidenti Emmanuel Makronun mövqeyi iyrəncdir.

Bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba öz “Twitter” hesabında yazıb.

“Fevraldan bəri Rusiya 184 ukraynalı idmançını qətlə yetirib. İndi də Bax (BOK prezidenti Tomas Bax – red.) Emmanuel Makrondan sitat gətirir. O, deyib ki, “idmanı siyasiləşdirmək lazım deyil”, Ukrayna, Rusiya və Belarus idmançılarına münasibət eyni olmalıdır. Müharibə cinayətlərinə bəraət qazandırmaq üçün idmandan istifadə etmək iyrəncdir”, – deyə nazir vurğulayıb.

Xatırladaq ki, Bax bundan əvvəl mətbuat konfransı zamanı Belarus və Rusiya idmançılarının 2024-cü il Olimpiadasına buraxılmasının vacibliyini bildirmiş, Makronun sözlərinə istinad etmişdi.

“Prezident Makron idmanı siyasiləşdirməməli olduğumuzu deyib və 2024-cü il Olimpiadası və Paralimpiya Oyunları ilə bağlı vurğulayıb ki, bütün ölkələrin, o cümlədən müharibə şəraitində olan ölkələrin nümayəndələri iştirak etməlidir”, – BOK rəhbəri bildirib.

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir