Əfqanıstanın təkcə bir vilayətində son otuz gündə 11 uşaq aclıqdan ölüb

Dünya

Əfqanıstanın Tacikistanla sərhədində yerləşən Təxar vilayətində son bir ay ərzində 11 uşaq aclıqdan həyatını itirib.

Məlumatı Taloqan şəhərinin (vilayət mərkəzi) mərkəzi xəstəxanası yayıb.

“Taliban” hökumətinin yerli səhiyyə departamenti əhalinin yoxsullaşması ilə əlaqədar uşaqlar arasında aclıqdan ölmə hallarının artdığını etiraf edib.

“Beynəlxalq humanitar yardımın hər kəsə çatması mümkün olmur”, – səhiyyə departamentinin açıqlamasında qeyd olunur.

Beynəlxalq Qızıl Xaç Komitəsinin məlumatına görə, qida çatışmazlığı olan uşaqların xəstəxanaya yerləşdirilmə hallarının sayı 2021-ci illə müqayisədə iki dəfəyə qədər yüksəlib. Təkcə 2022-ci ildə bu rəqəm 61 min nəfər təşkil edib.

Mənbə: Etilaatroz

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir