Rusiyanın Barnaul şəhərində Altay şin zavodunda yanğın başlayıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Altay vilayəti üzrə mətbuat xidməti məlumat yayıb.
Yanğın min kvadratmetr sahədə lokallaşdırılıb.
Hava temperaturunun aşağı olması və güclü tüstü səbəbindən yanğının söndürülməsi çətinləşir. Yanğının söndürülməsinə 110 nəfər və 33 texnika cəlb olunub.
Yanğın zamanı zavodun binasından üç nəfər xilas edilib, onlar xəsarət almayıblar. Ölənlər barədə məlumat verilmir.
Mənbə: Kommersant
www.102info.az