Amerikalı jurnalist, CBS-nin əməkdaşı Qrant Uol dünya çempionatının 1/4 finalında Niderland və Argentina arasında keçirilən oyun zamanı vəfat edib.
Jurnalist matç zamanı huşunu itirib. Gələn tibb işçiləri 48 yaşlı jurnalistin həyatını xilas edə bilməyiblər. Onun ölümün səbəbinin ürək dayanması olduğu bildirilir.
Qeyd edək ki, Uol qrup mərhələsinin ABŞ-Uels matçına buraxılmayıb. Jurnalist stadiona göy qurşağı bayrağı olan köynəkdə gəlibmiş.
Mərhum icmalçının qardaşı hesab edir ki, onu öldürüblər. Onun sözlərinə görə, Qrant sağlam olub və onu dəstəkləmək üçün göy qurşaqlı köynək geyinib.
“O, dünya çempionatına göy qurşağı forması geyindi. Qardaşım sağlam idi. O, mənə ölümlə hədələndiyini söylədi. Mən onun öldürüldüyünə inanıram”, – deyə Erik Uol sosial şəbəkələrdə bildirib.
Mənbə: New York Post
www.102info.az