Ermənistanda Rusiya əleyhinə etiraz aksiyası keçirilib

Dünya

Bazar günü Ermənistan polisi Rusiyanın Gümrüdəki hərbi bazasına girişləri bağlamağı planlaşdıran anti-Rusiya aksiyasının onlarla iştirakçısını saxlayıb. Etirazçılar Xankəndi – Laçın yolunun açılmasını tələb ediblər.

200-ə yaxın insanın iştirak etdiyi icazəsiz mitinqi Rusiyaya qarşı mövqeyi ilə tanınan müxalif “Milli Demokratik Qütb” təşkil edib. Bu hərəkatın liderləri 2016-cı ilin yayında İrəvanın mərkəzindəki polis alayının bazasını ələ keçirmiş “Sasna Tsrer” hərbiləşdirilmiş təşkilatının üzvləri idi.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir