Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi 111 170 nəfər canlı qüvvə itirib.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 069 tank, 6 130 zirehli maşın, 2 065 artilleriya sistemi, 431 reaktiv yaylım atəşi sistemi, 217 hava hücumundan müdafiə sistemi, 285 təyyarə, 272 helikopter, 1 849 PUA, 723 qanadlı raket, 16 gəmi/qayıq, 4 801 avtomobil texnikası və avtosistern, 183 xüsusi texnikadan ibarətdir.

www.102info.az