Dağıstan Kaspiysk sakini avtomobilin partlaması nəticəsində sağ qalıb.
Partlayış zamanı sürücü “Toyota Camry” markalı avtomobilin içərisində olub. Videokameradan da göründüyü kimi, o, avtomobildən vaxtında tullana bilib. Kişinin ciddi xəsarət almadığı bildirilib.
Maşın isə tamamilə yanıb. Avtomobilin partlamasına ilkin səbəb kimi qaz balonu avadanlığının nasazlığı göstərilir.
Mənbə: Shot
www.102info.az