Türkiyədə ailə faciəsi: Doqquz yaşlı uşaq səhvən anasını öldürdü

Dünya

Türkiyənin Şanlıurfa şəhərinin Siverek rayonunda evdə tüfənglə şəkil çəkdirmək istəyən uşaq ehtiyatsızlıqdan anasını güllə ilə vurub.

9 yaşlı F.H.-nin əli tətiyə toxunub və güllə anası Güzel Hançerin başına dəyib.

Atəş səsinə otağa gələn ailə üzvləri qadını qan içində görərək təcili yardım çağırıblar. Həkimlər qadının həyatını itirdiyini bildiriblər.

Polis bölməsinə aparılan F.H. psixoloqun iştirakı ilə ifadəsi alınaraq evə buraxılıb.

Mənbə: İHA

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir