“Hindistan Braziliyadakı iğtişaşlardan narahatdır və bu ölkənin hazırkı hökumətini tam dəstəkləyir”.
Bu açıqlama ilə Hindistanın Baş naziri Narendra Modi çıxış edib.
“Braziliyanın dövlət idarələrinə qarşı törədilən vandalizmə, iğtişaşlara görə dərin narahatlıq keçiririk. Hər kəs demokratik ənənələrə hörmət etməlidir. Biz Braziliya hökumətini tam dəstəkləyirik”, – Hindistanın baş naziri qeyd edib.
Braziliyadakı hadisələrə ABŞ Prezidenti Co Bayden də münasibət bildirib.
“Braziliyanın demokratik təsisatları bizim tam dəstəyimizə malikdir və Braziliya xalqının iradəsi sarsıdılmamalıdır. Mən Braziliya Prezidenti Luis İnasio Lula da Silva ilə işləməyə davam etməyi səbirsizliklə gözləyirəm”, – ABŞ lideri əlavə edib.
Məlumat üçün qeyd edək ki, Braziliyada hökumətə qarşı kütləvi etirazlar başlayıb. Paytaxtda fövqəladə vəziyyət elan edib. Braziliyanın paytaxtında iğtişaşlarda iştirak etdiklərinə görə 400-dən çox adam saxlanılıb. Etirazçılar prezident seçkisində səsvermənin nəticələrini tanımayacaqlarını bəyan ediblər.
Mənbə: TASS
www.102info.az