Türkiyədə ən əhəmiyyətli göllərdən biri buz bağladı – FOTO/VİDEO

Dünya

Türkiyədə Afyonkarahisar şəhərinin Bolvadin rayonunda havanın temperaturu sıfır dərəcədən aşağı düşüb.

Nəticədə bölgədə yerləşən və ən əhəmiyyətli göllərdən sayılan Eber gölü buz bağlayıb.

Temperaturun mənfi 4 dərəcəyə çatdığı bölgədə donmuş göl maraqlı mənzərələr yaradıb. Qayıqlar gölün kənarında hərəkətsiz qalıb. Buz bağlayan hissələr isə gözəl görüntülər əmələ gətirib.

Lakin gölün donması problemlərə də səbəb olub. Belə ki, buna ən çox üzülənlər qamış yığaraq dolanışığını təmin edən vətəndaşlar olub.

Mənbə: Haber Global 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir