Yakutiyada “İrAero” şirkətinə məxsus təyyarə təcili olaraq eniş etməyə məcbur olub.
Maqandan Maqadana uçan təyyarənin uçuş zamanı qapısı açılıb.
Bir neçə kilometr hündürlükdə olduğu zaman “An-26-100” təyyarəsinin yük bölməsində olan və birbaşa salona aparan qapısı açılıb.
Xoşbəxtlikdən gəmidə olan 25 nəfər, o cümlədən ekipaj üzvləri xəsarət almayıb. Yalnız bəzilərinin başındakı papaqlar hava boşluğuna uçub.
Pilotlar təcili eniş ediblər.
Hadisə ilə bağlı araşdırma aparılır.
Mənbə: “Mash” “Telegram”
www.102info.az