Rusiya hərbçiləri 2023-cü ilin ilk həftəsində Ukraynanın Donetsk vilayətinin qaz kəmərləri şəbəkəsini atəşə tutub.
Bu barədə Ukraynanın “Naftoqaz” şirkətinin mətbuat xidmətindən məlumat verilib.
Rusiyanın atəşi nəticəsində yerüstü və yeraltı qaz kəmərləri zədələnib. Hazırda mütəxəssislər sakinlərin istilik probleminin bərpası ilə məşğuldurlar.
“Qaz kəmərinin 200 metrdən artıq hissəsi dağıdılıb. Lakin düşmənin intensiv hücumlarına baxmayaraq, bir həftə ərzində rayonun mütəxəssisləri 15 minə yaxın abonentin qaz təchizatını bərpa edə biliblər”, – deyə məlumatda qeyd edilib.
Mənbə: Tsn.ua
www.102info.az