Qazaxıstan Almaniyaya neft ixracına başlayır

Dünya

2023-cü ilin yanvarında Qazaxıstan Almaniyaya 20 min ton həcmində neftin ilk partiyasını tədarük etmək niyyətindədir.

Bu barədə respublikanın energetika naziri Bolat Akçulakov məlumat verib.

O qeyd edib ki, Qazaxıstan bu il Almaniyaya 1,5 milyon ton neft tədarük etməyə hazırlaşır, Almaniya isə 6 milyon tona qədər tədarükdə maraqlıdır.

“Almaniyada tələb, təbii ki, daha yüksəkdir”, – deyən Akçulakov Qazaxıstanın AFR-ə ildə maksimum 6-7 milyon tona qədər neft tədarük edə biləcəyini bildirib.

Nazir əlavə edib ki, hazırda Qazaxıstan Rusiya ərazisindən neft tranzitinin mümkünlüyü barədə ondan təsdiq gözləyir.

“Amma burada şifahi razılaşmamız var, hesab edirəm ki, böyük problem olmayacaq”, – deyə o vurğulayıb.

Mənbə: Mk.ru

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir