Alimlərin fikrincə, Qərb yarımkürənin ən böyük gölü olan Yuta ştatındakı böyük duz gölü yaxın beş il ərzində yox ola bilər. Bu səbəbdən milyonlarla insan gölün dibinə çökmüş zəhərli tozun təsirinə məruz qala bilər.
1850-ci ildən bəri duz gölü suyunun 73%-ni və səthinin 60%-ni itirib. Gölə ildə əlavə 1,234 milyard litr su əlavə etmək üçün təcili tədbirlər görülməsə 2024-cü ilin sonuna qədər o, quruyacaq və zəhər mənbəyinə çevriləcək.
Qeyd edək ki, böyük duz gölü 10 milyon köçəri quş üçün yaşayış yeri təmin edir və Yutaya ildə təxminən 2,5 milyard dollar iqtisadi gəlir gətirir.
Mənbə: hightech.fm
www.102info.az