Keçmiş Elbasının daha bir statusu əlindən alındı

Dünya

Qazaxıstan respublikasının birinci prezidenti Nursultan Nazarbayevə verilən “fəxri senator” statusu parlamentin reqlamentindən çıxarılıb.

Bu barədə Senatın (parlamentin Yuxarı Palatası) sədri Maulen Aşımbayev jurnalistlərə bildirib.

“Nəzərə alsaq ki, konstitusiyadan (ölkənin birinci prezidentinin statusu və səlahiyyətləri haqqında maddələr) çıxarılıb… biz onu reqlamentimizdən çıxardıq”, – deyə Aşimbayev izah edib.

Qeyd edək ki, Qazaxıstan parlamentinin Yuxarı Palatası 2019-cu il mayın 30-da (respublikanın birinci prezidentinin qızı Dariqa Nazarbayevanın Senatın sədri olduğu vaxtlarda) Nazarbayevə “fəxri senator” statusu verib. Bu statusa görə, Nazarbayev parlamentin Yuxarı Palatasının iclaslarında iştirak edə bilərdi.

Xatırladaq ki, Nursultan Nazarbayev Qazaxıstanın millət lideri (Elbası) titulundan da məhrum olunub.

Mənbə: TASS

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir