Türkiyənin məşhur xalq musiqisi ifaçısı Burhan Çaçan dünyasını dəyişib.
62 yaşlı sənətçi İstanbulun Florya səmtindəki evində ürəktutmadan vəfat edib.
1981-ci ildə ilk albomunu çıxaran Burhan Çaçan “Sefa geldin”, “Ben yarime neler alayım”, “İpek mendil”, “Memik oğlan”, “Ayaz geceler”, “Yağ yağmur” və “Vurun dalgalar” adlı albomları ilə musiqi dünyasında tanınıb.
Sənətçi həmçinin “Ağlama”, “Her yer karanlık”, “Ayaz geceler” və “Yağ yağmur” adlı filmlərdə də rol alıb.
Mənbə: Haber7
www.102info.az