Türkiyədə transformator binasına oğurluğa girən gənci elektrik cərəyanı vurdu – FOTO

Dünya

Türkiyənin Bursa şəhərinin Osmanqazi rayonunda 25 yaşlı gənc oğurluq üçün transformator binasına girib.

Lakin onu elektrik cərəyanı vurub və həyatını itirib.

Transformator binasına daxil olan işçilər yerdə hərəkətsiz uzanan bir nəfər görüblər. Hadisə yerinə polis və həkim briqadası göndərilib. Lakin gəncin həyatını itirdiyi məlum olub. Aydınlaşdırılıb ki, oğru transformatorun içindəki kabelləri kəsmək istəyərkən elektrik cərəyanı vurub.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Mənbə: Haber Global

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir